Bütün xəbərlər
12 mart, 13:17

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Asılılıq nədir? Necə formalaşır? Zərərli vərdişlərlə mübarizə üsulları” mövzusunda maarifləndirici görüş keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbiri giriş sözü ilə THİK sədri Şahmar Rəfili açaraq narkomaniyaya qarşı mübarizədə maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu cür tədbirlər gəncləri təhlükələr barədə məlumatlandırmaqla yanaşı, sağlam həyat tərzinə yönləndirmək baxımından da mühüm rol oynayır.

Görüşdə klinik psixoloq Heyran İbrahim və kimyəvi asılılıq üzrə mütəxəssis Tağı Abbaszadənin çıxışları dinlənilib. 

Mütəxəssislər asılılığın yaranma səbəbləri, psixoloji və fiziki təsirləri, eləcə də bu vərdişlərdən xilas olma yolları barədə ətraflı məlumat veriblər. 

Çıxışlarda narkomaniya ilə mübarizədə tətbiq olunan müasir metodlardan danışılıb. Ölkəmizdə müxtəlif bərpa mərkəzlərində bu metodların uğurla həyata keçirildiyi və effektiv nəticələr əldə olunduğu nəzərə çatdırılıb. 

Sonda mütəxəssislər tələbə gəncləri bu sahədə mövcud dəstək mexanizmlərindən xəbərdar olmağa və zərərli vərdişlərdən uzaq durmağa çağırıblar.

Şərhlər

Xəbər lenti

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

8 may, 14:21

AHİK "Sən elə bir zirvəsən" tədbiri təşkil edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.