
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Coğrafi İnformasiya Sistemləri (CİS) sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan “Esri ” ilə birgə həyata keçirilən "Tələbələr üçün ArcGIS" proqramı çərçivəsində "Azərkosmos"un (Azercosmos) CİS ekspertləri tərəfindən real iş proseslərinə dair praktiki bacarıqlarla bağlı xüsusi təlimlər sessiyası başa çatıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, Azərbaycan Texniki Universitetində keçirilən təlimlərdə İqtisad Universiteti (Azərbaycan Dövlət İqtisad Universiteti UNEC), Baki Ali Neft Mektebi (BANM) və Azərbaycan Texniki Universitetinin (AzTU - Azerbaycan Texniki Universiteti) tələbələri iştirak edib. Təlimlərdə tələbələr məkan məlumatları ilə iş, ArcGİS Pro tətbiqindən praktik istifadə və CİS texnologiyalarının tətbiqi ilə bağlı bilik və bacarıqlara yiyələniblər.
Sonda təlimləri uğurla bitirənlərə sertifikatlar təqdim olunub.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər