Bütün xəbərlər
21 fevral, 16:45

"Bir Könüllü" Tələbə Təşkilatının və "Pathtomath" Tələbə Riyaziyyatçılar Klubunun birgə təşəbbüsü ilə 24-29 mart 2025-ci il tarixlərində Quba rayonunda tələbələrin yaz düşərgəsi - “MathCamp 2025” təşkil ediləcək. 

“Azərbaycan müəllimi” xəbər verir ki, düşərgənin əsas məqsədi tələbələr arasında ali riyaziyyata marağı artırmaq, riyaziyyatın yeni texnologiyalar və süni intellekt sahələrində tətbiqi barədə məlumatlandırmaq və yaz tətili dövründə tələbələrin riyazi biliklərini gücləndirməkdir.

Düşərgədə riyaziyyat, fizika və texniki ixtisaslarda bakalavriat səviyyəsi üzrə III və IV kurs, eləcə də magistratura, doktorantura səviyyəsində təhsil alan tələbələr, məzunlar və gənc mütəxəssislər iştirak üçün müraciət edə bilərlər.  

Düşərgə çərçivəsində iştirakçılar üçün ali riyaziyyatın əsasları, riyaziyyatın yeni texnologiyalar və süni intellekt sahəsində tətbiqləri, ədədlər nəzəriyyəsi və kriptoqrafiya mövzularında mütəxəsislər tərəfindən xüsusi hazırlanmış təlimlər keçiriləcək.

İştirakçıların həm öyrənməsi, həm də əylənməsi məqsədilə düşərgədə müxtəlif idman və bilik yarışları təşkil olunacaq. Təlimlərin sonunda bütün iştirakçılar sertifikatla təltif olunacaqlar. Seçilmiş namizədlər "Riyazi analiz" və "Cəbr və ədədlər nəzəriyyəsi" fənləri üzrə baza biliklərinin yoxlanılması məqsədilə təşkil olunacaq test imtahanında iştirak edəcəklər. Test imtahanı mart ayında təşkil ediləcək.

Düşərgədə iştirak etmək istəyən tələbələr 8 mart 2025-ci il tarixinədək qeyd olunan link vasitəsilə qeydiyyatdan keçə bilərlər:  https://forms.gle/gk99Hn12FjCWsj3U9

Şərhlər

Xəbər lenti

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

8 may, 14:21

AHİK "Sən elə bir zirvəsən" tədbiri təşkil edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.