
“Azərbaycanda autizm diaqnostikası üzrə peşəkar mütəxəssislər fəaliyyət göstərirlər və təlim-tədris sahəsində bir çox uğurlar əldə olunub”.
“Azərbaycan müəllimi” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri türkiyəli professor Elif Tekin İftar Bakıda keçirilən Beynəlxalq Autizm Konfransının açılış mərasimində deyib. O qeyd edib ki, konfransın əsas məqsədi yalnız diaqnostika ilə məhdudlaşmır: “Əsas diqqətimiz tədqiqatdan təcrübəyə keçidə, praktik biliklərin paylaşılmasına yönəlib. Tədbir çərçivəsində autizm sahəsində fəaliyyət göstərən mütəxəssislər öz tədris təcrübələrini və fikirlərini bölüşəcəklər.
Professor bildirib ki, konfransda həm şifahi təqdimatlar, həm də praktiki məşğələlər təşkil olunacaq. Bu isə iştirakçılara yalnız nəzəri deyil, həmdə tətbiq edilə bilən bilik və bacarıqlar qazandıracaq.
“Qürurla qeyd etmək istəyirəm ki, tədbirə İsveç, Norveç, İrlandiya və Türkiyədən də tanınmış mütəxəssislər qatılıb. Onların iştirakı beynəlxalq təcrübənin paylaşılmasına və yeni baxış bucaqlarının formalaşmasına töhfə verəcək. Autizm sahəsində fərqliliklərin daha dərindən anlaşılması və cəmiyyətin maarifləndirilməsi üçün bu kimi tədbirlərin keçirilməsi olduqca vacibdir. Biz birlikdə maarifləndirmə ilə yanaşı, empatiya və dəstək mədəniyyəti də yarada bilərik”, - deyə türkiyəli professor əlavə edib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər