Bütün xəbərlər
22 yanvar, 14:52

19 yanvar tarixində Türkiyənin ən böyük şəbəkə liseyi olan Bil Kolleclərinin müxtəlif şəhərlərdə fəaliyyət göstərən 35 liseyinin qurucu direktorları Hədəf Liseyinin qonağı olub.

Liseydən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, tərəflər Bil Təhsil Müəssisələrinin baş direktoru Elif Pehlevan, Françayzinq şöbəsinin müdiri Şükrü Nurçin, Strateji İnkişaf Şurasının sədri Ümid Kalkonun da qatıldığı görüşü iki ölkə arasında təhsil sahəsindəki əlaqələrin möhkəmləndirilməsi üçün mühüm addım kimi qiymətləndiriblər.

Azərbaycanın milli təhsil brendi olan Hədəf Liseyinin qurucu direktoru dosent Şəmil Sadiq qonaqlara Azərbaycan təhsil sistemi, rəhbərlik etdiyi təhsil ocağı və Hədəf konsepti mövzusunda çıxış edib.

Şəmil Sadiq Hədəf konsepti, xüsusən də konseptin əsas sütunu olan tədrisdə dəyərlər, liseyin özünəməxsus şagird və müəllim dəyərləndirmə sistemi barədə danışıb.

Görüşdə Şəmil Sadiqin müəllifi olduğu və Hədəf Liseyində 6 ildir ki, xüsusi fənn kimi tədris edilən “Dəyərlər” fənninin dərs vəsaiti Bill Kollecinin qurucuları tərəfindən maraqla qarşılanıb. Bu vəsaitin Bil kolleclərinin tədris proqramına əlavə edilməsi ilə bağlı müzakirələr aparılıb.

Sonda qonaqlar çay süfrəsi ətrafında əməkdaşlıq məsələlərini danışıb. Tədbir oxçuluq təlimləri ilə yekunlaşdırılıb.

1 /7

Xəbər lenti

22 yanvar, 17:31

Abdulla Sofiyev: Pedaqoji fəaliyyət alimi püxtələşdirən əvəzolunmaz mühitdir

22 yanvar, 17:29
22 yanvar, 17:29

AzMİU-da xarici dili tədris edən müəllimlər üçün təlim keçirilib

22 yanvar, 17:23

Zəlzələlərə davamlı tikinti: Təhlükəsizlik və dayanıqlılığın elmi əsasları –  MÜSAHİBƏ

22 yanvar, 16:50

Alimlər zəlzələnin qarşısını almağı bacaran cihaz ixtira ediblər

22 yanvar, 16:49

Tədqiqatları kosmik sənayedə, atom reaktorlarında tətbiq olunur – Azərbaycanlı alimlə MÜSAHİBƏ

22 yanvar, 16:32

Fənn olimpiadalarının seçilənləri – Onlar gələcəkləri barədə nə düşünürlər?

22 yanvar, 16:32

2027-ci ilə qədər Arktikanın buzlaqları tamamilə əriyə bilər

22 yanvar, 16:24

“Elm üçün elmmi, yoxsa cəmiyyət üçün elmmi?” mövzusunda vebinar keçiriləcək

22 yanvar, 16:21

Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO

22 yanvar, 16:18

ADAU yeməli göbələklərin birgə tədqiqi istiqamətində Çinin ali təhsil müəssisələri ilə əməkdaşlıq edəcək

22 yanvar, 15:18

Təhlükəsiz məktəb üçün çağırışlar - Uşaqların gözündən

22 yanvar, 14:40

BMU Çin universitetləri ilə ikili diplom proqramına başlayır

22 yanvar, 14:30

BDU ötən illə müqayisədə fiziki və mühəndislik elmləri sahəsində nəticələrini artırıb

22 yanvar, 14:16

Ortaq türk ədəbiyyatı və coğrafiyası dərslikləri hazırlanır

22 yanvar, 13:36

“Parla” məzunu: “Yeni fürsətlər məni gözləyirdi”

22 yanvar, 13:28

Ölkənin 19 STEAM Mərkəzində təlimlər davam edir

22 yanvar, 12:56

Sosial pedaqoq kimdir? Nəyi bilməlidir?

22 yanvar, 12:29

"Yenilənən məktəblər": Bərdə rayonu Alpoud kənd tam orta məktəbi – FOTOLAR

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.