
UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsinin "Kompüter elmləri" ixtisası üzrə 2-ci kurs tələbələri Rəsul Sadiqli, Amil Abdullazadə və Yəhya Camalzadənin təmsil olunduqları “DeepSense” komandası "EduHack 2025" hakaton müsabiqəsində 1-ci yerə layiq görülüblər.
“Azərbaycan müəllimi” xəbər verir ki, tələbələrin hazırladığı “AutiSense: Süni İntellekt Dəstəyi ilə Autizm Təhsil Platforması” layihəsi autizmli uşaqlar, valideynlər və müəllimlər üçün fərdiləşdirilmiş tədris, real vaxt təhlili və davranış yönümlü AI dəstəyi ilə innovativ yanaşmasına görə münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.
Ölkənin 9 ali təhsil müəssisəsindən 12 komandanın iştirak etdiyi hakatonda UNEC komandası cəmi 8 saatlıq intensiv əməkdaşlıq və yaradıcı yanaşma ilə fərqlənərək qalib olublar.
Hakaton Azərbaycan Respublikasının Gənclər Fondu, Bakı Avrasiya Universiteti, Niğde Ömer Halisdemir Universiteti, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Türkiyə-Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər