Bütün xəbərlər
6 mart, 16:20

Məktəblərdə valideyn komitələrinin fəaliyyətinin düzgün formada təşkili valideynlərin təhsil prosesində iştirakının artmasına imkan verməklə yanaşı, təhsil mühitinin də səmərəli formalaşmasına yardım edə bilər. Müxtəlif meyarlar nəzərə alınmaqla təşkil olunan komitələrin fəaliyyəti nəticəsində təkcə məktəb-müəllim əməkdaşlığının artmasına səbəb olmaz. Bu, dolayı yolla şagirdlərin təhsil göstəricilərinin nisbətən yüksəlməsinə, tədrisin daha münbit şəraitdə təşkilinə və keyfiyyətinin artmasına gətirib çıxara bilər.  

Təhsil eksperti Əminət Diganayeva bildirib ki, valideyn komitələri dedikdə bir çoxlarının ağlına yalnız pul yığımı və ya hər hansı bir müəllimə, valideynə qarşı təzyiq məsələləri yada düşür: 

“Əslində, düzgün təşkil olunmuş valideyn komitələri təhsilin irəliləməsinə yaxşı təsir göstərir. “Düzgün təşkil olunma” deyəndə bunu nəzərdə tuturam ki, valideyn komitələri üzvlərinin iştirakı ilə özlərinin illik fəaliyyət planını müəyyənləşdirərək iş planı qurur, ildə bir neçə dəfə iclas keçirərək valideynləri təhsildə, məktəbdə baş verən hadisələrdən xəbərdar edirlər. Bununla da məktəbin işinin yaxşı təşkilinə dəstək göstərirlər. Yəni valideyn komitəsinin işinin məqsədi əslində, məktəbə, müəllimə dəstək göstərmək olmalıdır”.

Onun sözlərinə görə, valideyn komitələrinin yaxşı təşkil olunması, məktəb-valideyn münasibətlərinin səmərəli qurulması uşaqların nəticələrində də yaxşı təsir göstərir: 

“Valideynlərin təhsillə bağlı olan bütün məsələlərdən - istər kurikulum, istərsə  qiymətləndirmə, istərsə də dərsliklərdəki yeniliklərdən xəbəri olmalıdır. Bu yeniliklərdən xəbəri olan valideyn bununla uşağına dəstək verə bilir. Son illərdə bullinq mövzuları da gündəmə gəlib. Bu mövzularda valideynlərin maariflənməsi yaxşı nəticə verir. Müəllimlə valideynin qarşılıqlı əməkdaşlığı nəticəsində bu kimi problemlər öz həllini tapa bilər. Şagirdlərə verilən ev tapşırıqlarının edilib-edilməməsi, davranışla bağlı problemlərinin həllində bu komitələrin rolu böyükdür. İclaslara gələn valideynlər düşünürlər ki, burada məktəb rəhbərliyi, müəllimlər sadəcə onların uşaqlarının davranışını, göstəricilərini qiymətləndirəcəklər. Lakin belə iclasların məqsədi hansısa bir şagirddən şikayət etmək deyil, mövcud problemləri aşkarlayaraq ortaq həll yolu tapmaqdır. Hər hansı bir uşağın davranışında problem varsa, dərsdə geriləyirsə, məktəb və valideyn bunu əməkdaşlıq şəklində müzakirə edə bilər”.

Əminət Diganayeva qeyd edib ki, bəzi hallarda məktəb özünün müəyyən ehtiyaclarını qarşılaya bilmir. Belə hallarda valideyn komitələrinin dəstəyi ilə müəyyən fondlara  müraciət edilmə də mümkündür: 

“Təbii ki, valideynlər müəllimlərlə birlikdə buna təşəbbüs göstərə bilərlər. Bu kimi hallar valideynlərin məktəbin fəaliyyətində iştirakını artırır. Hətta valideynlər vaxt tapdıqca növbə ilə məktəbə gələ, tədris prosesində müəllimlərə ara-sıra kömək edə, yaradıcı ideyalar irəli sürə bilərlər. Sonda  bu, uşaqların həm yaradıcı, həm də akademik nəticələrinə müsbət təsir edər. Bu ideyalardan biri hər dəfə bir valideynin öz peşəsi haqqında şagirdlərə danışması ola bilər”.

Şərhlər

Xəbər lenti

2 aprel, 20:00

Gələcəyə fokuslanmış riyaziyyat kurikulumları: 21-ci əsr üçün şagirdlərin gücləndirilməsi

2 aprel, 19:00

Avropada erkən uşaqlıq təhsili: 2025-ci il üçün əsas göstəricilər

2 aprel, 18:00

Məktəbəqədər yaşlı uşaqlarda oyunlar vasitəsilə riyazi bacarıqların inkişafı

2 aprel, 17:44

İngiliscə danışır, mükəmməl fiqurlar düzəldir – Autizmli Nurlan bunlara necə nail olub?

2 aprel, 17:30

Çin süni intellektdə zirvəyə necə yüksəldi?

2 aprel, 17:19

“Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib

2 aprel, 17:11

Avropanın üç nüfuzlu universitetinə qəbul oldu

2 aprel, 17:10

Ali təhsilin maliyyələşməsi: problemlər və həll yolları

2 aprel, 17:07

SABAH tələbələri Rumıniyada beynəlxalq mübadilə proqramında iştirak ediblər

2 aprel, 16:57

Bakı məktəblisi beynəlxalq marafonda I yerə layiq görülüb

2 aprel, 16:42

Tələbələrin əmək bazarına inteqrasiyası asanlaşdırılır

2 aprel, 16:39

RFO-nun final mərhələsinin tarixləri açıqlanıb

2 aprel, 16:33

Prezident Azərbaycan və Somali arasında təhsil sahəsindəki əməkdaşlıq sazişini təsdiqləyib

2 aprel, 16:32

ADMİU-nun tələbələri Moda həftəsində maraqlı kolleksiya ilə çıxış ediblər

2 aprel, 16:09

ADA Məktəbi 10-cu sinfə sənəd qəbulu elan edir

2 aprel, 16:05

Uşaq hüquqlarının monitorinqi üzrə meyarlar təsdiq edilib

2 aprel, 16:03

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində təhsil almaq üçün sənəd qəbulu aparılır

2 aprel, 16:00

AzMİU ilə Beynəlxalq Final Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

2 aprel, 15:15

V Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

2 aprel, 14:33

IDEA və ICESCO birgə beynəlxalq təcrübə proqramı elan edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.