
Şəmkir rayon Düyərli kənd 2 nömrəli tam orta məktəbin müəllimi Ləman Əsədzadə tərəfindən həyata keçirilən "Yaşıl dünya naminə veloklub" layihəsi çərçivəsində şagirdlərin məktəbə velosipedlə rahat gəlmələri və məktəbdə velosipedlərini park etmələri üçün velopark hazırlanaraq istifadəyə verilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, Velo Kouç tərəfindən keçilən təlimlərdə şagirdlər üçün veloturlar təşkil edilir və onlar yarışa hazırlaşırlar.
Xatırladaq ki, "Yaşıl dünya naminə veloklub" layihəsi Şəmkir rayon Düyərli kənd 2 nömrəli tam orta məktəbdə icra olunur. Layihənin əsas məqsədi velosipeddən istifadəni artırmaq, velosiped üçün əlverişli məktəb mühiti yaratmaq və şagirdləri fiziki sağlamlığa təşviq etməkdir.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər