
"Məktəbəqədər təhsil müəssisələri ilə bağlı 1986-cı ildə qəbul olunan, bir neçə dəfə dəyişiklik edildikdən sonra 2012-ci ildə qəbul edilən 171 saylı qərara dəyişiklik edilməlidir".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu pedaqogika üzrə fəlsəfə doktoru Xalidə Həmidova İctimai TV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində qonaq olarkən deyib.
O bildirib ki, bu sənəddə çox gülməli frazalar var:
"Məsələn, standartlarda xizək avadanlıqlarının saxlanılması üçün yer tələb olunur. Digər tərəfdən hovuz tikilməsi tələb olunur. Başa düşürük ki, bir uşağın yetişməsi üçün orada qeyd olunan gigiyenik tələblərin olması çox vacibdir. Ancaq yer olduğu halda...Biz bu sənədlə bağlı bütün qurumlara illərdir müraciət edirik".
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər