Bütün xəbərlər
26 fevral, 16:35

“National Geographic”in dünyaşöhrətli fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub. Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunan “Xocalı keçmişdən gələcəyə” adlı tədbirdə iştirak edən məşhur fotoqraf tələbələrlə görüşüb.

Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, tədbir universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə Xocalı faciəsi zamanı həlak olan soydaşlarımızın xatirəsi birdəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni səsləndirilib.

THİK-in sədri Şahmar Rəfili tədbiri açıq elan edərək Azərbaycan tarixinin deyil, bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı haqqında qısa məlumat verib. Faciənin beynəlxalq aləmdə tanıdılması və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında tarixi foto və videomaterialların əhəmiyyətini vurğulayıb. Şahmar Rəfili fotoqraf Reza Deqatinin fəaliyyətinə diqqət çəkərək onun Xocalı hadisələrinin canlı şahidi olduğunu qeyd edib və onun çəkdiyi fotoların faciənin dünyaya tanıdılmasında mühüm rol oynadığını bildirib.

Daha sonra tədris işləri üzrə prorektor professor Akif Qasımov Xocalı hadisələrini xatırlayıb. Qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirilən soyqırımı nəticəsində bir gecədə 106 qadın, 63 uşaq, 70 ahıl insan olmaqla 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib. Prorektor üzünü gənclərə tutaraq belə faciələrdən dərs çıxarmağa, Xocalı faciəsini unutmamağa səsləyib. Tarixi faktların gələcək nəsillərə ötürülməsində hər birimizin üzərinə böyük məsuliyyət düşdüyünü deyib.

Mexanika və informasiya texnologiyaları fakültəsinin dekanı Sabir Məmmədov AzMİU-da hər il Xocalı faciəsinin ildönümü ilə bağlı tədbirlərin keçirildiyini söyləyərək bu faciənin unudulmaması üçün universitetdə  aparılan işləri xatırladıb. 

Sonra söz Xocalı faciəsini obyektivin yaddaşına köçürərək tarix yaddaşı yaradan tanınmış fotojurnalist Reza Deqatiyə verilib. Reza Deqati Xocalı faciəsi ilə bağlı çəkdiyi məşhur fotoşəkilləri təqdim edərək həmin dövrün dəhşətli mənzərələrini xatırladıb. O, Xocalı soyqırımının təsirini hələ də hiss etdiyini, həmin dövrü unuda bilmədiyini söyləyib.

Reza Deqati 1981-ci ildən Fransada yaşayır və “National Geographic” televiziya kanalında yayımlanan bir çox sənədli filmlərə imza atıb. Onun “Cəbhə gündəliyi” adlı sənədli filmi 2002-ci ildə “Emmy” mükafatına layiq görülüb. Fotojurnalistlik fəaliyyəti boyunca müharibə, yoxsulluq və insan hüquqları mövzularında çəkdiyi fotolar dünya miqyasında yüksək qiymətləndirilib, məşhur jurnal və qəzetlərdə nəşr olunub.

1 /9

Şərhlər

Xəbər lenti

30 sentyabr, 20:20

Sabah İtaliya-Azərbaycan Universitetinin yeni binasının açılışı olacaq

30 sentyabr, 20:15

Azərbaycan və İtaliya prezidentlərinin geniş tərkibdə görüşü olub

30 sentyabr, 17:56

Məktəbli avtobuslarının abunə qiyməti açıqlandı

30 sentyabr, 17:24

Riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanının ilk mərhələsi keçiriləcək

30 sentyabr, 17:21

Nazir Belarusun Azərbaycandakı səfiri ilə görüşüb

30 sentyabr, 17:16

Məktəbli avtobusu layihəsini "2 School" startap şirkəti icra edəcək

30 sentyabr, 17:10

Azərbaycan və Özbəkistan təhsil sahəsindəki əməkdaşlığı müzakirə edib

30 sentyabr, 17:03

Vüsal Xanlarov: “Chatbot” şagird və müəllimlərin ehtiyaclarına uyğun materiallar təqdim edəcək

30 sentyabr, 16:53

UNEC-də isveçrəli tələbələr üçün intensiv təcrübə proqramı başlayıb

30 sentyabr, 16:45

Azərbaycan "Qlobal Rəqabətlilik İndeksi"ndə təhsil üzrə irəliləyib

30 sentyabr, 16:21

Naxçıvan məktəblisi III MDB Oyunlarında uğur qazanıb

30 sentyabr, 16:04

Oktyabrın hava proqnozu açıqlanıb

30 sentyabr, 15:46

“Üzeyirin ecazkar dünyası” - milli musiqi irsinə rəqəmsal səyahət

30 sentyabr, 15:40

Məktəbdə çalışmaq istəyənlərin nəzərinə: müsahibə vaxtı açıqlandı

30 sentyabr, 15:16

"PAŞA Holdinq": Azərbaycan iqtisadiyyatının gələcəyi sahibkarlığın inkişafından asılıdır

30 sentyabr, 15:16

Bakıda “INMerge” İnnovasiya Sammiti keçirilib

30 sentyabr, 15:14

Dəyanət Sədullayev: Kadrların hazırlanması biznes və universitetlər arasında əməkdaşlıq tələb edir

30 sentyabr, 15:09

Cəlal Qasımov: “Liderlərin əsas vəzifəsi insanların yeni şeylər sınamaqdan qorxmadığı mühit yaratmaqdır”

30 sentyabr, 15:00

Gəlirli peşələr, uğursuz ixtisas adları – Nəyi dəyişmək lazımdır?

30 sentyabr, 14:15

Yeniyetmənin döyülməsinə dair görüntülərlə bağlı AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.