Bütün xəbərlər
28 fevral, 12:54

Yaponiyada Okinava Elm və Texnologiya İnstitutunun (OIST) yay tədqiqat-təcrübə proqramında iştirak haqqı qazandım. Okinava Yaponiyanın cənubunda, Şərqi Çin dənizi və Sakit okean ilə əhatələnmiş tropik bir adadır. OIST-nin özü isə sanki cənnətdir. Müasir laboratoriyalar, geniş kitabxanalar və ətrafdakı inanılmaz təbiət... Hər səhər pəncərədən baxanda tropik yaşıllıq və sonsuz dəniz görünürdü. Hərçənd ki Okinavanın isti və rütubətli iqlimi çətin idi, amma o gözəllik bütün çətinlikləri unutdururdu. OIST yalnız doktorantura tələbələri üçün nəzərdə tutulmuş bir institutdur, lakin yay təcrübə proqramı çərçivəsində bakalavr və magistr tələbələrini də qəbul edir.

Qəbul məktubu aldığım anı heç vaxt unutmaram. Çünki mənim müraciət etdiyim “Mürəkkəb axınlar və mayelər” (Complex Flows and Fluids) laboratoriyasında cəmi bir vakant yer açılmışdı. Yüzlərlə magistr və bakalavr tələbəsi arasından yalnız məni seçmişdilər. İnanıram ki, OIST-də və ümumiyyətlə, Okinavada bu laboratoriyada çalışan ilk azərbaycanlı mən olmuşam.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı Ali Neft Məktəbinin tələbəsi Mədinə Ziyadxanova deyib. O, “Kimya mühəndisliyi” ixtisası üzrə 5-ci kurs tələbəsidir. Bu 5 il ərzində müxtəlif sahələrdə fəaliyyət göstərib. İki il ərzində tələbə təşkilatında könüllü olub, “Azerbaijani Women in Science” proqramında mentor kimi çalışıb. Akademik və peşəkar uğurlarla zəngin bir tələbəlik yolu keçib. “AGA Group”un “Dəmir Ay” təqaüdünə layiq görülüb, beynəlxalq müsabiqədə 2-ci yer tutaraq 7 min ABŞ dolları mükafat qazanıb, Türkiyənin Orta Doğu Teknik Universitetində mübadilə tələbəsi seçilib və nəhayət, Yaponiyada OIST-də elmi-tədqiqat təcrübəsi keçib.

– Yaponiyada keçdiyiniz təcrübə proqramı barədə məlumat verə bilərsinizmi?

– Yaponiyadakı təcrübə mənim üçün həm peşəkar, həm də fərdi inkişaf baxımından dönüş nöqtəsi oldu. Bu illər ərzində qazandığım hər bir təcrübə məni daha güclü, daha məqsədyönlü və öz sahəsinə daha bağlı etdi.

Yaponiyada olmağıma baxmayaraq, əsas mühitim italyan tələbələr idi. İnstitutda əsas rəhbərlərim professor Marco Eduardo Rosti və doktorant Simone Tandurella – hər ikisi italiyalı idilər. Onların sakit və dostyana yanaşması məni müstəqil işləməyə təşviq edirdi. Orada bir prinsip vardı: “Müraciət etməzdən əvvəl özün araşdır!” Əgər bir problem çıxırdısa, əvvəlcə bütün mümkün həll yollarını özüm tapmağa çalışmalı idim. Bu məni daha intizamlı və özünə güvənən bir tədqiqatçıya çevirdi. Tədqiqatımın məqsədi qatı mayedəki hissəciklərin cazibə qüvvəsinin təsirindən davranışını öyrənmək idi. Təcrübənin eksperimental hissəsini Çikaqo Universiteti həyata keçirmişdi. Bizim məqsədimiz isə həmin nəticələri simulyasiya yolu ilə əldə etmək idi. Bu məqsədlə təcrübədən əvvəl “Fortran” adlı elmi proqramlaşdırma dilini öyrənmişdim və bu, qəbul prosesində böyük rol oynadı.

Bu layihənin genişmiqyaslı tətbiqləri var. Bu, sadəcə nəzəri bir anlayış deyil, real həyat proseslərində birbaşa tətbiqi var. Məsələn, təsəvvür edin ki, bir çayda axan daşlar var. Əgər kimsə soruşsa ki, “Bu daşlar nə zaman və hansı şəraitdə dibə çökəcək?” Bizim tədqiqat məhz bu sualı cavablandırmaq üçündür. Kimya mühəndisliyində isə reaktorlardakı katalizatorların hərəkəti, çökmə vaxtı və davranışı prosesin effektivliyini müəyyənləşdirir. Katalizatorlar bahalı olduğu üçün onların optimal istifadəsi kritik əhəmiyyət daşıyır. Bizim apardığımız simulyasiyalar gələcəkdə bu kimi proseslərin daha yaxşı anlaşılmasına töhfə verə bilər.

– Bu tədqiqat və təcrübə proqramının gələcək fəaliyyətinizdəki rolunu necə qiymətləndirirsiniz?

– OIST yalnız doktorantura səviyyəsində fəaliyyət göstərdiyi üçün burada təhsil sistemi daha çox beynəlxalq üslubda idi. Amma məni ən çox təsirləndirən bir şey var idi: doktorantların öz işlərinə olan sevgisi. Onların elmi araşdırmalara verdiyi enerji, 3-5 il ərzində qazandıqları dərin biliklər mənim üçün ilham mənbəyi oldu. OIST multidisiplinar tədqiqatları təşviq edir. Məsələn, bir tələbənin doktorantura işi reaktorların dizaynı ilə bağlı olsa da, o, başqa sahələrdən, məsələn, riyazi modelləşdirmədən və ya biologiyadan faydalana bilər.

Məni çox təsirləndirən bir seminar oldu. Ölü dənizin duzsuzlaşdırılması barədə bir professorun çıxışı. Bu mövzu mənim gələcəkdə qlobal su problemlərinə fokuslanmaq istəyimə səbəb oldu. Bundan başqa, OIST-də qazandığım bilikləri birbaşa kimya mühəndisliyində tətbiq edə bilirəm. Məsələn, reaktorlarda katalizatorların necə çökməsini anlamaq üçün hissəciklərin davranışı vacibdir. OIST-də keçdiyim tədqiqatlar məni bu cür prosesləri daha dərindən anlamağa və simulyasiya etməyə hazırladı.

– Yaxın gələcək üçün planlarınız nədir?

– Hazırda planım Bakıda 1-2 il işləyərək real iş təcrübəsi qazanmaqdır. Daha geniş perspektivdə isə kimya mühəndisliyi sahəsində proseslərin optimallaşdırılması üzrə magistratura təhsili almaq istəyirəm. Uzunmüddətli məqsədim yalnız biliklərimi artırmaq deyil, həm də sahəmə real töhfələr verməkdir.

Şərhlər

Xəbər lenti

30 mart, 10:13

Tarixi faciələr şagirdlərə necə öyrədilməlidir?

29 mart, 15:35

“Şagirdlərin biliyinə qiymət vermək haqqında” QƏZETİN ARXİVİNDƏN

28 mart, 14:07

Novruz 2025: Təhsil işçiləri və tələbələrin birlik düşərgəsi – REPORTAJ

28 mart, 12:38

Əminağa Sadıqov: Elmi nəticələrimizi bazara çıxarmağa çalışmalıyıq

28 mart, 12:31

“Məktəbəqədər və ibtidai təhsil” jurnalı nüfuzlu elmmertik platformada qeydiyyata alınıb

28 mart, 10:39

Martın 29-da ilin ilk Günəş tutulması olacaq

27 mart, 17:22

"Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı"na sənəd qəbulu başlayır

27 mart, 16:15

İqtisad elminin yorulmaz tədqiqatçısı, alim, pedaqoq

27 mart, 15:19

Prezident və birinci xanım Sarıcalıda məktəb və bağça açılışında iştirak ediblər

27 mart, 12:50

Nazir Fransa və digər Qərbi Avropa ölkələrində azərbaycanlı tələbələrlə görüşüb

27 mart, 11:52

Tələbə yaz məktəbləri uğurla davam edir

27 mart, 10:29

“Gənc müəllimlərin peşəkarlıq səviyyəsi artdıqca təhsilin səviyyəsi artır” – MÜSAHİBƏ

27 mart, 10:00

27 Mart Azərbaycanda Elm Günüdür

26 mart, 21:27

Emin Əmrullayev malayziyalı həmkarı ilə görüşüb

26 mart, 16:30

Motosiklet sürücülərinin təhlükəsizliyi ilə bağlı layihə  – Şagirdlərin yeni təşəbbüsü

26 mart, 14:48

Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektoruna yeni müdir təyin olunub

26 mart, 12:48

Elm və təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Parisdə bir sıra görüşlər keçirib

26 mart, 12:46

Azərbaycanlı tələbə ABŞ-də keçirilən müsabiqədə birinci oldu

26 mart, 12:02

Qazaxıstan universitetlərinə sənəd qəbulu davam edir

25 mart, 18:21

Nazir UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.