Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ümumi təhsil müəssisələrində aparılan yoxlamalar nəticəsində 70 nəfər işdən çıxarılıb, 133 nəfərə töhmət, xəbərdarlıq və şiddətli töhmət verilib.
Elm və Təhsil Nazirliyindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, 2024-cü ildə 145 məktəbdənkənar təhsil müəssisəsindən 107-də monitorinqlər aparılıb və bu müəssisələrdə fəaliyyət göstərən dərnək və idman qruplarının 70 faizində yoxlamalar aparılıb.
Monitorinqin nəticələrinə əsasən, fəaliyyət göstərməyən 125 qrup bağlanıb, davamiyyəti aşağı olan qruplara nəzarət gücləndirilib və 64 müəssisə rəhbərinə intizam tənbehi tədbirləri tətbiq edilib. 29 direktora xəbərdarlıq, 12 direktora töhmət, 18 direktora sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib və 5 müəssisə rəhbəri işdən azad edilib
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)