Bütün xəbərlər
28 fevral, 15:37

Təhsil Tələbə Krediti Fondu (TTKF) və Bakı Avrasiya Universitetinin Karyera və Təlim Mərkəzinin birgə təşəbbüsü ilə təhsil tələbə krediti almış tələbələrin əmək bazarına daha yaxşı inteqrasiya olunmasına dəstək məqsədilə "Yumşaq bacarıqlarla əmək bazarına addımla" layihəsinə start verilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, layihə çərçivəsində ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan, eyni zamanda təhsil tələbə kreditlərindən faydalanan bütün kurs tələbələri üçün “Liderlik və komanda işi”, “Məqsədlərin müəyyən edilməsi və vaxt idarəçiliyi” mövzularında təlimlər təşkil ediləcək.

Layihənin ilk proqramı Bakı Avrasiya Universitetinin tələbələri üçün keçirilib. Təlim zamanı gənclər “Liderlik və komanda işi” mövzusunu müzakirə edib, test tapşırıqları yerinə yetirib, qrup işlərində iştirak edərək iş mühitində qarşılaşa biləcəkləri mümkün situasiyaları təhlil ediblər.

Layihənin əsas məqsədi tələbələrin yumşaq bacarıqlara yiyələnməsinə dəstək vermək, tələbələri əmək bazarının tələblərinə uyğun şəkildə hazırlamaqdır. Bu cür təşəbbüslər onların yalnız nəzəri biliklərə deyil, həm də praktik bacarıqlara - real iş mühitində vacib olan ünsiyyət, komanda ilə işləmə, vaxtın idarə olunması və problem həll etmə kimi bacarıqlara sahib olmasına kömək edir. Bu təlimlər, tələbələrin liderlik, komanda işi, vaxt idarəçiliyi və məqsədlərin müəyyənləşdirilməsi kimi bacarıqlarını inkişaf etdirməyə kömək edəcək və onların iş mühitinə daha asan uyğunlaşmasına şərait yaradacaq.

Nəzərdə tutulan təlimlər ölkənin bütün ali və orta ixtisas təhsil müəssisələrini əhatə edəcək. Əminik ki, dövlətin dəstəklədiyi bu sosial layihə sayəsində gənclər təhsillərini başa vurduqdan sonra əmək bazarına daha uğurla inteqrasiya olunmaq imkanı əldə edəcəklər.

Ümumilikdə, bu layihə tələbələr üçün vacib bir fürsət olaraq onların gələcək karyeralarını daha uğurlu qurmasına və əmək bazarında özlərinə layiqli yer tapmasına kömək etməyi hədəfləyir.

1 /5

Şərhlər

Xəbər lenti

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

8 may, 14:21

AHİK "Sən elə bir zirvəsən" tədbiri təşkil edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.