Novruz, Ramazan və Qurban bayramları günlərinin vaxtı açıqlandı
2025-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin vaxtı müəyyənləşdirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib.
Qərara əsasən, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, martın 30, 31-i Ramazan bayramı, iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilib.
Nəzərdə tutulan günlər iş günü hesab edilmir.


