Nurlan İsmayılbəyli: Texniki fənn müəllimlərinin tapılmasında çətinliklər var

12 Avqust, 2025 - 17:09
Nurlan İsmayılbəyli: Texniki fənn müəllimlərinin tapılmasında çətinliklər var
Nurlan İsmayılbəyli: Texniki fənn müəllimlərinin tapılmasında çətinliklər var

“Əsasən, humanitar fənlər üzrə kadr tələbatını ödəmək daha asan olur. Müəllimlərin işə qəbulu müsabiqəsinə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənləri, bəzi hallarda xarici dillər üzrə təqdim olunmuş, demək olar ki, bütün vakant yerlərin tutulmasının şahidi oluruq”. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bu gün təşkil edilən brifinqdə səsləndirib.

O qeyd edib ki, xüsusilə bölgələrdə bəzi dəqiq elmlər, texniki fənn müəllimlərinin tapılmasında müəyyən çətinliklər var: “Nəzərə alaq ki, 80 minə yaxın müəllim sertifikatlaşdırma prosesinə cəlb olunub. Onların böyük hissəsi bu prosesi yüksək nəticələrlə tamamlayıb. Boş qalan vakansiyaları daha potensiallı, daha yüksək nəticəli müəllimlərlə doldurmuş olacağıq. Eyni zamanda, şagirdlərin daha yüksək nəticə toplamış müəllimlərə əlçatanlığını təmin etmiş olacağıq”.