Olimpiada qaliblərinin yarıya qədəri BANM-i seçib
Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulun nəticələrinə əsasən beynəlxalq və respublika fənn olimpiadalarının qaliblərinin yarıya qədəri Bakı Ali Neft Məktəbini (BANM) seçib.
Bu barədə "Azərbaycan müəllimi"nə BANM-dən məlumat verilib.
Bildirilib ki, onlar "Kompüter elmləri", "İnformasiya təhlükəsizliyi", "Kimya mühəndisliyi", "Proseslərin avtomatlaşdırılması mühəndisliyi", "Neft-qaz mühəndisliyi" ixtisaslarında təhsil alacaqlar.




