“Olimpiya çempionu olmaq istəyirəm” - Qalib gimnast 

23 İyun, 2026 - 16:47
“Olimpiya çempionu olmaq istəyirəm”

“Bir yaxın qohumum gimnastikaya gedirdi. Nənəm də məni gimnastikaya qoydu ki, uşaq gedib məşğul olsun. Mən də gimnastikanın sevdim, peşəkar gimnast olmaq istədim”.

Bunu Məktəblilərin Respublika İdman Olimpiadasinin 2014-cu ildə doğulanlar arasında bədii gimnastika üzrə iştirakcısı, yarışın qaliblərindən biri – III yerin sahibi Aysu Fəxrəddinova deyir.

“Azərbaycan müəllimi" nə müsahibəsində balaca ulduz onu da əlavə edib ki, olimpiya çempionu olmaq istəyir.

Aysu 318 nömrəli məktəbin şagirdidir. Gimnastika ilə Respublika Kompleks İdman Məktəbində məşğul olur. "Riyaziyyat və rəsm çəkmək də xoşuma gəlir. Amma gələcəkdə mən də məşqçi olacağam. Uşaqları öyrədəcəyəm".