Ombudsman: İnternat məktəblərinin əsasnamələri yenidən işlənməlidir
Ümumtəhsil internat məktəblərinin fəaliyyətini tənzimləyən əsasnamələrin Azərbaycan Respublikasının qanunvericiliyinin, o cümlədən ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə uyğun yenidən işlənib hazırlanması və təsdiq edilməsi təklif olunur.
Bu barədə “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatından məlumat verilib.
Bildirib ki, bununla yanaşı xüsusi internat məktəblərində ibtidai sinif şagirdləri istisna olmaqla, digər şagirdlərin müvafiq dərs vəsaitləri ilə təmin edilmədiyini nəzərə alaraq, sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili üzrə dövlət proqramının, dərslik və dərs vəsaitlərinin hazırlanması və sağlamlıq imkanları məhdud olan şəxslərin həmin vəsaitlərlə təmin olunmasının sürətləndirilməsi Ombudsman tərəfindən təklif edilib.



