Orta məktəb müəllimlərinin təhsil səviyyəsi açıqlanıb

9 İyul, 2026 - 17:08
Orta məktəb müəllimlərinin təhsil səviyyəsi açıqlanıb

Hazırda dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin 26 378 nəfəri orta ixtisas təhsillidir, yəni kollec məzunudur.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq məlumat verilib.

Bildirilib ki, müəllimlərin 92 975 nəfəri isə ali təhsil alıb və almaqdadır.