Ötən ay xaricdə təhsil alanların 12%-nin diplomu tanınıb
“Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən, “Müəllimlik”, “Mühəndislik” və “Hüquqşünaslıq” ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təqdim etdiyi siyahı əsasında Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur. Sözügedən məsələ ilə bağlı mütəmadi olaraq imtahanlar təşkil olunur. Bu imtahanlardan sonuncusu cari ilin 17 mart tarixində DİM tərəfindən keçirilib.
TKTA-dan "Azərbaycan müəllimi"nə verilən məlumata görə, həmin imtahanda iştirak etmək üçün 181 namizəd qeydiyyatdan keçib, bunlardan 146-sı imtahanda iştirak edib, yalnız 18 nəfər keçid balını toplayıb. 18 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 12% təşkil edib.
Həmçinin, “Mühəndislik” ixtisası üzrə peşə tanınması imtahanında 46 namizəd iştirak edib, onlardan yalnız 4 nəfəri uğurlu olub.
Uğurlu nəticə əldə edən namizədlərin ölkə və ATM üzrə məlumatları:
Rusiya Federasiyasından-1
Voljsk Dövlət Su Nəqliyyatı Universiteti-1
Türkiyə Respublikasından-2
Dəniz Qüvvələri Komandanlığının Hərbi Dənizçilik Məktəbi-1
Orta Doğu Texniki Universiteti-1
Ukraynadan-1
Dövlət İnfrastruktur və Texnologiyalar Universiteti-1
Uğursuz nəticə əldə edən namizədlərin ölkə və ATM üzrə məlumatları:
Ukraynadan-17
Ukrayna Milli Mülki Müdafiə Universiteti-14
Dövlət İnfrastruktur və Texnologiyalar Universiteti-1
M.E.Jukovskiy adına Milli Aerokosmik Universiteti "Xarkov Aviasiya İnstitutu"-1
Ivan Kozhedub adına Xarkov Milli Hava Qüvvələri Universiteti-1
Rusiya Federasiyasından-9
Sankt-Peterburq Dövlət Yanğından Mühafizə Xidməti Universiteti-3
Voljsk Dövlət Su Nəqliyyatı Universiteti-2
Tambov Dövlət Texniki Universiteti-1
Sankt-Peterburq Dövlət İnşaat və Memarlıq Universiteti-1
Admiral F.F.Uşakov adına Dövlət Dənizçilik Universiteti-1
Moskva Dövlət Texniki Mülki Aviasiya Universiteti-1
Türkiyə Respublikasından-9
Uludağ Universiteti-2
Hacəttəpə Universiteti-1
Çukurova Universiteti-1
Qafqaz Universiteti-1
Aydın Adnan Menderes Universiteti-1
Bursa Uludağ Universiteti-1
Samsun Universiteti-1
Milli Müdafiə Universiteti-1
Belarus Respublikasından-7
Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti-6
Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin "Komanda-Mühəndis İnstitutu"-1
Beləliklə, “Mühəndislik” ixtisası üzrə peşə tanınmasını əldə etmək istəyən namizədlərin 91%-i müvafiq imtahanda uğursuz nəticə göstərib.
Belə ki, peşə tanınması imtahanında “Hüquqşünaslıq” ixtisası üzrə 79 nəfər iştirak edib, onlardan yalnız 5 nəfəri başqa sözlə, cəmi 6.4%-i uğurlu nəticə əldə edib.
Uğurlu nəticə əldə edən namizədlərin ölkə və ali təhsil müəssisəsi (ATM) üzrə məlumatları:
Ukraynadan – 2
Xarkov Milli Daxili İşlər Universiteti
Türkiyə Respublikasından – 1
Qaziantep Universiteti
Avstriya Respublikasından – 1
Mərkəzi Avropa Universiteti
Rusiya Federasiyasından – 1
Moskva Maliyyə-Hüquq Universiteti
Uğursuz nəticə əldə edən namizədlərin ölkə və ATM üzrə məlumatları:
Rusiya Federasiyasından – 41
Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəetmə Akademiyası-6
Dağıstan Dövlət Universiteti-6
Moskva Müasir Akademik Təhsil İnstitutu-3
Ümumrusiya Dövlət Ədliyyə Universiteti-3
Vladimir Dövlət Universiteti-3
Tambov Dövlət Texniki Universiteti-2
Dövlət İdarəçilik İnstitutu-1
Cənub Universiteti-1
Əmək və Sosial Münasibətlər Akademiyası-1
Həştərxan Dövlət Universiteti-1
İdarəetmə və Biznes İnstitutu-1
Müasir Humanitar Akademiya-1
Nevinnomısk İqtisadiyyat, İdarəetmə və Hüquq İnstitutu-1
O.Y.Kutafin adına Moskva Dövlət Hüquq Universiteti-1
Rusiya Dövlət Ədliyyə Universiteti-1
Rusiya Xalqlar Dostluğu Universiteti-1
Samara Dövlət İqtisad Universiteti-1
Sankt-Peterburq Dövlət Aerokosmik Cihazqayırma Universiteti-1
Sankt-Peterburq Dövlət Yanğından Mühafizə Xidməti Universiteti-1
Sankt-Peterburq İdarəetmə Texnologiyaları və İqtisadiyyat Universiteti-1
Saratov Dövlət Hüquq Akademiyası-1
Tümen Dövlət Universiteti-1
Xalqlar Dostluğu Universiteti-1
Y.M.Lujkov adına Moskva Şəhər İdarəetmə Universiteti-1
Ukraynadan – 24
Xarkov Milli Daxili İşlər Universiteti-6
Y.Mudrıy adına Milli Hüquq Universiteti-4
İnsan İnkişafı Açıq Beynəlxalq Universiteti-2
Sumı Milli Aqrar Universiteti-2
V.Dal adına Şərqi Ukrayna Milli Universiteti-2
Avqustin Voloşin adına Karpat Universiteti-1
Kiyev Beynəlxalq Universiteti-1
Kiyev Milli Texnologiya və Dizayn Universiteti-1
Milli Aviasiya Universiteti-1
Milli Universitet "Odessa Hüquq Akademiyası"-1
Regionlararası Heyətin İdarəolunması Akademiyası-1
T.Şevçenko adına Kiyev Milli Universiteti-1
V.N.Karazin adına Xarkov Milli Universiteti-1
Türkiyə Respublikasından – 6
Marmara Universiteti-1
Anadolu Universiteti-1
Ərzincan Binali Yıldırım Universiteti-1
Ankara Universiteti-1
İnönü Universiteti-1
Bursa Uludağ Universiteti-1
Qazaxıstan Respublikasından – 3
Abay Mırzəhmətov adına Kökşetau Universiteti-1
Ş.Yesenov adına Xəzər Texnologiyalar və Mühəndislik Universiteti-1
Ş.Yesenov adına Aktau Dövlət Universiteti-1
Eyni zamanda, “Müəllimlik” ixtisası üzrə peşə tanınması imtahanında 21 nəfər iştirak edib, onlardan yalnız 9-u uğurlu nəticə əldə edib.
Uğurlu nəticə əldə edən namizədlərin ölkə və ATM üzrə məlumatları:
Rusiya Federasiyasından-6
Novosibirsk Dövlət Pedaqoji Universiteti-2
A.İ.Qertsen adına Rusiya Dövlət Pedaqoji Universiteti-2
N.Q.Çernışevskiy adına Saratov Dövlət Milli Tədqiqat Universiteti-1
Rusiya Dövlət Peşə-Pedaqoji Universiteti-1
Türkiyə Respublikasından-3
İstanbul Universiteti-1
Anadolu Universiteti-1
Ankara Universiteti-1
Uğursuz nəticə əldə edən namizədlərin ölkə və ATM üzrə məlumatları:
Rusiya Federasiyasından-7
R.Həmzətov adına Dağıstan Dövlət Pedaqoji Universiteti-2
M.A.Şoloxov adına Moskva Dövlət Humanitar Universiteti-1
Surqut Dövlət Pedaqoji Universiteti-1
V.N.Tatişev adına Həştərxan Dövlət Universiteti-1
Moskva Dövlət Pedaqoji Universiteti-1
Ural Dövlət Pedaqoji Universiteti-1
Türkiyə Respublikasından-3
Zonquldak Bülent Ecevit Universiteti-1
Ondokuz Mayıs Universiteti-1
Eskişehir Osmanqazi Universiteti-1
Özbəkistan Respublikasından-1
Şəxrisəbz Dövlət Pedaqoji İnstitutu
Qırğız Respublikasından-1
İ.Arabayev adına Qırğızıstan Dövlət Universiteti-1
Beləliklə, “Müəllimlik” ixtisası üzrə peşə tanınmasını əldə etmək istəyən namizədlərin 57%-i müvafiq imtahanda uğursuz nəticə göstərib.
Həmçinin “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə peşə tanınması imtahanında 17 nəfər iştirak edib, təəssüf ki, namizədlərdən heç biri uğurlu nəticə əldə etməyib.
Uğursuz nəticə əldə edən namizədlərin ölkə və ATM üzrə məlumatları:
Ukraynadan-14
Ukrayna Milli Mülki Müdafiə Universiteti-14
Rusiya Federasiyasından-3
Sankt-Peterburq Dövlət Yanğından Mühafizə Xidməti Universiteti-3
Beləliklə, “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə peşə tanınmasını əldə etmək istəyən namizədlərin 100%-i müvafiq imtahanda uğursuz nəticə göstərib.



