Paytaxt məktəblərində anonim qutular yaradılıb – VİDEO

9 Aprel, 2025 - 15:41
Paytaxt məktəblərində anonim qutular yaradılıb – VİDEO
Paytaxt məktəblərində anonim qutular yaradılıb – VİDEO

Şagirdlər arasında müşahidə olunan ünsiyyət problemləri yalnız akademik uğurlara deyil, psixoloji rifaha da təsir göstərir. Bunu da vaxtında aşkara çıxarmaq, aradan qaldırmaq məqsədilə bəzi məktəblərdə “Etibar qutusu” adlı yeni layihə tətbiq olunur. 

“Azərbaycan müəllimi” İTV-yə istinadən xəbər verir ki, “Etibar qutusu”ndan əldə olunan məktublar problemlərə erkən müdaxilə şansını artırılmasına kömək edir. Bu zaman məktəb psixoloqu həm fərdi, həm də qrup şəklində maarifləndirmə aparır. 

Reportajda bildirilir ki, valideynlər və şagirdlər isə bu təşəbbüsü həm maarifləndirici, həm də qarşılıqlı inamın formalaşdırılması baxımından önəmli hesab edir. Etibar qutuları adətən dəhlizlərə yerləşdirilir. Bu, sadəcə şagirdlər üçün nəzərdə tutulmur, müəllimlər də, valideynlər də öz təkliflərini qutulara ata bilərlər.