Paytaxt məktəblərində təltif edilən müəllimlərin sayı açıqlandı

29 Dekabr, 2025 - 12:45
Paytaxt məktəblərində təltif edilən müəllimlərin sayı açıqlandı

Təqvim ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə çalışan 354 nəfər təhsil işçisi təltif edilib.

BŞTİ-dən "Azərbaycan müəllimi"nə bildirilib ki, Elm və Təhsil Nazirliyi tərəfindən 16 təhsil işçisi “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, 30 təhsil işçisi “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” və 92 təhsil işçisi BŞTİ-nin Təşəkkürnaməsi ilə təltif olunub.

Eyni zamanda BŞTİ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən pedaqoji fəaliyyətlərində səmərəli xidmətlərinə, həmçinin yubileyləri münasibətilə 216 nəfər məktəb rəhbəri (42 direktor, 118 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 55 nəfər uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, 1 nəfər xidmət və əməliyyat mərkəzinin aparıcı mühasibi) Fəxri Fərmanla və hədiyyələrlə təltif olunub.

Təhsil sahəsində çalışan 19 nəfər isə Zəfər günü ilə bağlı mükafatlandırılıb.