Paytaxt məktəblərinə işə qəbul üçün qeydiyyat davam edir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində kitabxana müdiri/kitabxanaçı, laborant, çağırışaqədərki hazırlıq rəhbəri vəzifələrinə, həmçinin məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiri vəzifəsinə işə qəbul üzrə müsabiqənin qeydiyyat mərhələsi davam edir.
“Azərbaycan müəllimi” xəbər verir ki, qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 6 aprel saat 12:00-dək qeydiyyatdan keçə bilərlər.
Namizədlər aşağıda qeyd olunan linklər vasitəsilə müsabiqəyə dair məlumatlarla tanış ola və qeydiyyatdan keçə bilərlər.
Müsabiqə üzrə ümumi məlumat və qeydiyyat:
Vəzifə
Müsabiqə üzrə məlumat
Qeydiyyat
Ümumi təhsil müəssisələrində kitabxana müdiri/kitabxanaçı
Müsabiqə elanı
Qeydiyyat linki
Ümumi təhsil müəssisələrində laborant
Müsabiqə elanı
Qeydiyyat linki
Ümumi təhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı rəhbəri
Müsabiqə elanı
Qeydiyyat linki
Məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiri
Müsabiqə elanı
Qeydiyyat linki


