Paytaxt üzrə “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunan məktəblərin sayı açıqlandı

24 Dekabr, 2025 - 11:40
Paytaxt üzrə “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunan məktəblərin sayı açıqlandı

Paytaxtın 308 təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunur.

Bu barədə "Azərbaycan müəllimi"nə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, layihə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə 9 415 sinif üzrə 275 861 şagirdi əhatə edir.

Layihə çərçivəsində 3 494 müəllim müvafiq təlimlərdən keçib.