Pedaqoji ixtisasları bitirənlərin nəzərinə: DİN vakansiya elan edib
Daxili İşlər Nazirliyi qadın namizədlərin xidmətə qəbulu ilə bağlı müsabiqə elan edir.
"Azərbaycan müəllimi" xəbər verir ki, xanım namizədlər Bakı şəhəri və respublikanın şəhər-rayon polis orqanlarında yetkinlik yaşına çatmayanların işləri üzrə orta rəis heyəti inspektoru üzrə xidmətə dəvət edilirlər:
Kimlər müraciət edə bilər?
– Azərbaycan Respublikasının vətəndaşı olan qadınlar
– Yaş: 20–30
– Boy: 160 sm və yuxarı
– Dövlət ali təhsil: hüquqşünaslıq və ya pedaqoji ixtisas
– Özü və yaxın qohumları məhkum olunmayan
– Sağlamlıq, fiziki hazırlıq və bilik səviyyəsi normativlərə uyğun
Üstünlük verilir:
– Kompüter bilikləri olanlara
– Ən azı 1 xarici dili sərbəst bilənlərə
– 3 il pedaqoji təcrübəsi olanlara
– Məsuliyyətli və diqqətli namizədlərə
Müraciət müddəti: 10 fevral – 10 mart 2026
Necə müraciət etməli?
– Elektron ərizə formasını www.mia.gov.az saytında doldur
– Qısa anket məlumatlarını bki@mia.gov.az ünvanına göndər
Əlavə məlumat üçün:
(012) 590-80-66
(012) 590-98-37
(012) 590-93-64
(012) 590-97-52
-
NatiqəMən Quliyeva Natiqə Natiq qızı 31.01.2001-ci ildə Bakı şəhərində anadan olmuşam. 2016-2020 ci ildə Şuşa Humanitor Kollecinin Ailə və ev təhsili fakültəsi üzrə təhsil almışam. 25 yaşım var Fiziki sağlamlığımda problem yoxdur.Xarici dil biliyim,ingilis dilini bilirəm, rus dilini normal səviyyədə bilirəm.Kompyuterlə işləmək bacarığım var.Micrasoft Word,Excel,Windows əməliyyat sistemi və s..Ailə üzvlərimdə və yaxln qohumlarımda məhkumluğu olan yoxdur.Boyum 1.65-dir.Vakansiyanızla maraqlanıram,müraciətimi nəzərdən keçirmənizi sizdən xahiş edirəm.Daxili işlər orqanlarında xidmət etmək istəyirəm.7 gün əvvəlCavablaLike (0) -
Aydan SalmanliSalam, mən Salmanlı Aydan, 2 iyul 2002 təvəllüdlüyəm. Bakı Dövlət Universitetində Biologiya müəllimliyi ixtisasını bitirmişəm. Həmçinin Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə üzrə magistr təhsilimi də başa vurmuşam. Kompüter biliklərim: Microsoft Word, Excel, Power Point proqramlarını yaxşı səviyyədə bilirəm. İngilis dili səviyyəm isə ortadır. Boyum 1.68 dir. Vakansiyanızla maraqlanıram və müraciətimi nəzərdən keçirməyinizi xahiş edirəm.7 gün əvvəlCavablaLike (0) -
Fidanİşə qəbul qaydaları nədir9 gün əvvəlCavablaLike (1) -
KonulMən sosioloqam İşlemek istəyərəm ne sahə olsa14 gün əvvəlCavablaLike (0) -
HəmidəMən Həsənova Həmidə Canbulad qızı 08.09.2002ci ildə Bakı şəhərində anadan olmuşam.2020-2024cü illərdə Azərbaycan İlahiyyat İnstitutunda islamşünaslıq fakültəsi üzrə bakalavr təhsili almışam.23yaşım var Fiziki sağlamlığımda problem yoxdur.Xarici dil biliyim ərəb dilini bilirəm,ingilis dilini normal səviyyədə bilirəm.Kompyuterlə işləmək bacarığlm var.Micrasoft Word,Excel,Windows əməliyyat sistemi və s..Ailə üzvlərimdə və yaxln qohumlarımda məhkumluğu olan yoxdur.Boyum 1.66dır.Vakansiyanızla maraqlanıram,müraciətimi nəzərdən keçirmənizi sizdən xahiş edirəm.Daxili işlər orqanlarında xidmət etmək istəyirəm.15 gün əvvəlCavablaLike (0) -
SelcanSalam. Mən, Əmrahova Selcan, 6 iyun 2004-cü il təvəllüdlüyəm. 2025-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının ingilis dili müəllimliyi ixtisasını başa vurmuşam. Boyum 1.67 m-dir. Vakansiyanızla maraqlanıram və müraciətimi nəzərdən keçirməyinizi xahiş edirəm.16 gün əvvəlCavablaLike (0)



