“Pedaqoji zəka zirvəsi” – müəllimlərin intellektual bilik yarışı keçirilib

29 Dekabr, 2025 - 10:44
“Pedaqoji zəka zirvəsi” – müəllimlərin intellektual bilik yarışı keçirilib

Ucar rayon Abdulla Abdullayev adına Alpı kənd tam orta məktəbndə riyaziyyat və informatika fənn aylığı çərçivəsində müəllimlər arasında “Pedaqoji zəka zirvəsi” adlı intellektual bilik yarışı keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, böyük maraqla qarşılanan tədbir həm müəllimlərin peşəkarlığını nümayiş etdirmək, həm də sağlam rəqabət mühiti yaratmaq məqsədi daşıyırdı.

Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə  başlayıb. Ümummilli Lider Heydər Əliyevin, həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Tədbirin əsas məqsədi müəllimlərin məntiqi düşünmə bacarıqlarını, fənn biliklərini, operativ qərarvermə və komanda ruhunu ön plana çıxarmaq idi. Eyni zamanda, sağlam rəqabət mühiti yaradılaraq müəllimlər arasında bilik və yaradıcılıq səviyyəsinin yüksəldilməsinə hədəflənmişdi.

Yarış zamanı iştirakçılar riyazi düşünmə, informatik biliklər və ümumi erudisiya üzrə müxtəlif maraqlı tapşırıqları yerinə yetirərək bilik və bacarıqlarını nümayiş etdirdilər. Tədbir gərgin mübarizə şəraitində, yüksək intellektual səviyyə və peşəkar yanaşma ilə yadda qaldı.

Tədbir məktəb şagirdlərinin ifasında rəqslərlə də maraqlı bir atmosferdə davam edib və iştirakçıları ruhlandırıb. 

Yarışın sonunda qalib gələn komandalar məktəb rəhbərliyi tərəfindən diplomlarla təltif olunub, iştirakçılar isə göstərdikləri bacarıq və intellektual səviyyəyə görə yüksək qiymətləndiriliblər. 

Bu cür  tədbirlər müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, bilik və yaradıcılıqlarının paylaşılması üçün əhəmiyyətli platformadır.