Peşə məktəblərinə qəbul üçün son şans: Bu gün yekunlaşır
2026/2027-ci tədris ili üzrə peşə təhsili müəssisələrində vakant qalan yerlər üçün tələbə qəbulunun III və yekun mərhələsi bu gün başa çatır.
"Azərbaycan müəllimi" xəbər verir ki, namizədlər müraciətlərini sentyabrın 14-ü saat 12:00-dək portal.edu.az platforması vasitəsilə elektron formada həyata keçirə bilərlər. Sözügedən mərhələdə əvvəlki müsabiqələrdə şansını itirənlər və ya indiyədək heç bir müraciəti olmayan şəxslər iştirak etmək hüququna malikdirlər.
Müsabiqə nəticəsində uğur qazananlar tələb olunan sənədləri sentyabrın 14-ü, saat 18:00-a qədər qəbul olduqları təhsil ocaqlarına təqdim etməlidirlər.
Qeyd edək ki, daha əvvəl peşə təhsili müəssisələrinə qəbul olaraq qeydiyyatdan keçmiş şəxslərin bu mərhələdə ixtisas dəyişməsi üçün müraciət etmələri mümkün deyil.




