“Peşə seçimi” testlərində iştirak üçün qeydiyyat elan edilir

1 İyun, 2026 - 12:36
“Peşə seçimi” testlərində iştirak üçün qeydiyyat elan edilir

İyunun 8-də Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda 8-ci və yuxarı sinif şagirdləri üçün “Peşə seçimi” testi keçiriləcək.

Bu barədə "Azərbaycan müəllimi"nə DİM-dən məlumat verilib.

Xatırladaq ki, “Peşə seçimi” aləti şagirdlərin maraq və bacarıqlarını müəyyənləşdirməyə kömək edən diaqnostik platformadır. Siz bu testlərdən keçməklə gələcək ixtisasınızı müəyyən edə bilərsiniz.

Bu alət aşağıdakı üç əsas istiqaməti əhatə edir:

1. Təfəkkür növləri üzrə test

2. Şəxsi xüsusiyyətlər testi

3. Peşə maraqları testi

Bu testlər Elm və Təhsil Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən bir neçə layihə çərçivəsində uğurla tətbiq edilib və praktiki səmərəliliyi təsdiqlənib.

Testdən keçdikdən sonra nəticələr dərhal hesablanır və iştirakçının göstərdiyi elektron poçt ünvanına avtomatik göndərilir.

Testdə iştirak etmək üçün qeydiyyat 7 iyun saat 12:00-dək davam edəcək.