Peşə Təhsil Mərkəzində “Sosial Tərəfdaş” layihəsi üzrə məlumatlandırma sessiyası keçirilib

29 Sentyabr, 2026 - 10:08
Peşə Təhsil Mərkəzində “Sosial Tərəfdaş” layihəsi üzrə məlumatlandırma sessiyası keçirilib

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Sosial Tərəfdaş” layihəsi çərçivəsində məlumatlandırma sessiyası təşkil olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, sessiya zamanı Sosial Xidmətlər Agentliyinin əməkdaşları tələbələrə layihənin imkanları, iştirak şərtləri və təcrübə proqramının üstünlükləri barədə məlumat veriblər.

Bildirilib ki, proqram çərçivəsində tələbələr müxtəlif ixtisaslar üzrə praktiki təcrübə qazanmaq, həssas qruplarla birbaşa iş bacarıqlarını inkişaf etdirmək imkanı əldə edirlər.

Qeyd olunub ki, proqramı uğurla başa vuran iştirakçılara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rəsmi sertifikat təqdim olunur.