Peşə təhsili alan tələbələrə möhlət hüququ verilə bilərmi?
Peşə təhsili müəssisələrinin tələbələrinə hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsinə aydınlıq gətirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı media üçün keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.
Direktor bildirib ki, hazırda peşə məktəbində oxuyan və oraya daxil olana qədər tam orta təhsili olmayanlara 20 yaşadək möhlət verilir:
“Hələlik bir dəyişiklik gözlənilmir, bu mövzu gündəmdə deyil. Lakin gələcəkdə ehtiyac olarsa, bu məsələ qaldırıla bilər”.




