Peşə təhsili müəssisələrində axşam növbəsi olacaq?

23 İyul, 2026 - 11:51
Peşə təhsili müəssisələrində axşam növbəsi olacaq?

“Peşə təhsili müəssisələrində tədris yalnız əyani formada təşkil olunur. Bəzi peşə təhsili müəssisələrində ikinövbəli sistemə keçid edilib”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı media üçün keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.

O bildirib ki, hazırda axşam növbəsində dərslərin keçirilməsi gündəmdə deyil.