PISA 2025 təqdiqatına 7 432 şagird cəlb edilib

8 Sentyabr, 2026 - 12:01
PISA 2025 təqdiqatına 7 432 şagird cəlb edilib

"PISA tədqiqatı üçün qiymətləndirmələr zamanı seçmə qrupların formalaşdırılması da əhəmiyyətlidir".

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev PISA 2025- Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramının nəticələrinin təqdimatı zamanı bildirib. 

Nazir qeyd edib ki, burada əsas məsələ seçmənin necə aparılmasıdır:

"Seçmə qrupu düzgün müəyyənləşdirildikdə və həmin seçmənin nəticələri düzgün hesablandıqda, ölkə üzrə orta göstərici haqqında daha obyektiv nəticə əldə etmək mümkündür”. 

E.Əmrullayevin sözlərinə görə, PISA 2025 tədqiqatında Azərbaycan bütün iqtisadi rayonlar üzrə təmsil olunub. Ölkə üzrə 241 məktəbdən 7 432 şagird tədqiqata cəlb edilib.