Prezident İlham Əliyev: Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır
Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır.
"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı səsləndirib.
“Dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar - yəni bu məsələyə çox böyük diqqət verməlidirlər”, - deyə Prezident vurğulayıb.



