Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib YENİLƏNİB

26 Fevral, 2026 - 11:29

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər.

"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Memorialın önünə əklil qoydu.

Dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Memorialla tanış oldular və Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.