Qarabağ məktəblərində BSQ-lər rəqəmsal formada keçirilir
21 yanvar tarixində Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 41 ümumi təhsil müəssisəsində təhsil alan 2300 nəfərdən çox şagird üçün 2025–2026-cı tədris ilinin I yarımili üzrə böyük summativ qiymətləndirmələr rəqəmsal formada təşkil olunub.
İdarədən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, rəqəmsal qiymətləndirmə həm müəllimlərin vaxtına qənaət edir, həm şagirdlərdə rəqəmsal bacarıqları inkişaf etdirir, həm də kağız sərfiyyatını azaltmaqla ətraf mühitin qorunmasına dəstək verir. Digər tərəfdən elektron qiymətləndirmə daha təkmil tapşırıqlardan istifadə etmək imkanı yaradır.
Qeyd edək ki, böyük summativ qiymətləndirmə "Microsoft TEAMS" proqramı vasitəsilə həyata keçirilir.



