Qarabağ Universitetində kibertəhlükəsizliklə bağlı təlim keçirilib

17 Dekabr, 2025 - 11:53
Qarabağ Universitetində kibertəhlükəsizliklə bağlı təlim keçirilib

Qarabağ Universitetinin inzibati, müəllim və tələbə heyətinin iştirakı ilə “Akademik mühitdə kibertəhlükəsizlik və kibermaarifləndirmə” mövzusunda təlim təşkil olunub.

Universitetdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, “TEXİO Academy”nin sosial məsuliyyət layihəsi çərçivəsində baş tutan təlimin məqsədi kibertəhlükəsizlik sahəsində bilik və bacarıqların artırılması, habelə rəqəmsal mühitdə təhlükəsiz davranış qaydaları barədə maarifləndirmənin gücləndirilməsi olub.

Kiber PR mütəxəssisi, “Women in Cybersecurity Azerbaijan” icmasının üzvü Aida Ramiz təlim iştirakçılarına rəqəmsal mühitdə informasiya təhlükəsizliyinin qorunması, kiberhücumların mediada idarə olunması və fərdi məlumatların mühafizəsi barədə ətraflı məlumat verib və tövsiyələrini diqqətə çatdırıb.

İdarəetmə Sistemləri İnstitutunun elmi işçisi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının kibertəhlükəsizlik üzrə eksperti və “Women in Cybersecurity Azerbaijan” icmasının üzvü Lamiyə Nəcəfova isə təlimdə akademik mühitdə kibertəhlükəsizlik standartları, kiberhücumların növləri və onlardan qorunma metodları haqqında təqdimatla çıxış edib.

İnteraktiv formatda keçirilən təlimdə mövzu ilə bağlı müzakirələr aparılıb və iştirakçıların sualları ətraflı cavablandırılıb.