Qarabağ Universitetində plan yerlərinin sayı AÇIQLANDI
2026/2027-ci tədris ili üzrə Qarabağ Universitetinə tələbə qəbulu 49 ixtisas üzrə aparılacaq.
"Azərbaycan müəllimi" xəbər verir ki, universitetdə ümumilikdə 1403 plan yeri ayrılıb. Bunlardan 758-i Azərbaycan, 645-i isə ingilis bölməsinin payına düşür.
Qəbul yalnız dövlət sifarişi əsasında həyata keçiriləcək və təhsil əyani formada təşkil olunacaq.
Universitetdən bildirilib ki, abituriyentlər İstanbul Texniki Universiteti ilə əməkdaşlıq çərçivəsində 4 mühəndislik ixtisası üzrə beynəlxalq ikili diplom proqramını da seçə bilərlər.




