Qarabağ Universitetinin bu fakültəsi Şuşaya köçürülür

19 May, 2026 - 12:37
Qarabağ Universitetinin bu fakültəsi Şuşaya köçürülür

Qarabağ Universitetinin İncəsənət və turizm fakültəsi Şuşaya köçürüləcək.

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, 1500-ə yaxın müəllim və tələbənin Şuşada daimi məskunlaşması deməkdir:

"Düşünürük ki, gənclər və tələbələr şəhərə yeni ab-hava qatacaqlar".

A.Kərimov məlumat verib ki, həmçinin Şuşa şəhərində uşaq bağçasının tikintisi nəzərdə tutulur.