Qarabağ Universitetinin loqosu təqdim edilib

25 Sentyabr, 2024 - 16:22

Qarabağ Universitetinin loqosu təqdim edilib.

Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, loqo ilk baxışda güc simvolu hesab edilən qalxanı xatırladır. K və U hərfləri universitetin ingilis dilində adını, bu hərflərin birləşməsindən formalaşan yuxarı yönəlmiş ox isə universitetin daimi inkişafını ifadə edir. Loqonun ideya müəllifi Abdulxaliq Məmmədlidir.