Qarabağ Universitetinin müasir kampusu Xankəndinin memarlıq simasında özünəməxsus yer tutur

19 May, 2026 - 18:22
Qarabağ Universitetinin müasir kampusu Xankəndinin memarlıq simasında özünəməxsus yer tutur

“İnşaat mühəndisliyi” ixtisası üzrə həyata keçirilən kadr hazırlığı yaxın perspektivdə müasir mühəndis kadrların bu quruculuq prosesinə əhəmiyyətli töhfə verməsinə zəmin yaradır”.

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov “AZƏRTAC”a müsahibəsində deyib: 

“Prezident İlham Əliyevin birbaşa diqqət və qayğısı nəticəsində hazırda Qarabağ Universitetinin müasir kampusu sürətlə formalaşır. Akademik, inzibati və tədqiqat infrastrukturu Qarabağda həyata keçirilən şəhərsalma strategiyasının ilkin və uğurlu nəticələrindən biri kimi meydana çıxır və artıq Xankəndi şəhərinin ümumi memarlıq simasında özünəməxsus yer tutur”.