Qarabağ Universitetinin tələbələri beynəlxalq müsabiqənin region mərhələsində ¼ finala vəsiqə qazanıblar

25 Oktyabr, 2024 - 12:14

Qarabağ Universitetinin tələbələri Proqramlaşdırma üzrə Beynəlxalq Tələbə Müsabiqəsinin (ICPC) Azərbaycan regional mərhələsində uğurla çıxış edərək 1/4 final mərhələsinə vəsiqə qazanıblar.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, oktyabrın 27-si Bakı Mühəndislik Universitetində keçiriləcək 1/4 final mərhələsində Qarabağ Universitetini 3 komanda təmsil edəcək.

Qeyd edək ki, oktyabrın 13-də onlayn formada keçirilən müsabiqədə Azərbaycanın 23 ali təhsil müəssisəsindən 174 komanda iştirak edib. Komandalara 5 saat ərzində 14 alqoritmik məsələni "C", "C++", "Java" və ya "Python" proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. 

Qiymətləndirmə avtomatlaşdırılmış qaydada aparılıb.

Sifai Səfərova