Qarabağ və Şərqi Zəngəzur regionlarının rəqəmsal ekoloji şəbəkə xəritəsi hazırlanıb

27 Dekabr, 2024 - 11:19
Qarabağ və Şərqi Zəngəzur regionlarının rəqəmsal ekoloji şəbəkə xəritəsi hazırlanıb
Qarabağ və Şərqi Zəngəzur regionlarının rəqəmsal ekoloji şəbəkə xəritəsi hazırlanıb

“İlk dəfə Qarabağ və Şərqi Zəngəzur regionlarının böyük miqyaslı rəqəmsal landşaft-ekoloji şəbəkə xəritəsi tərtib edilib”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının hesabat  iclasında müəssisənin direktoru professor Zakir Eminov deyib.

O bildirib ki, struktur-idarəetmə modeli təklif olunub və ekoloji şəbəkənin əsas elementləri (nüvə, ekoloji dəhliz, şirin su ekosistemləri, təbii və süni meşə ekosistemləri, təbii abidələr) müəyyənləşdirilib:

“Qeyd olunanlar “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun dayanıqlı ekosistemlərin təşkilinə və idarə edilməsinə imkan verəcək”.