"Qarabağa gedən yol" adlı bilik yarışı keçirilib
"Zəfər Günü"nə həsr olunmuş bilik yarışında İmişli rayonunun ümumi təhsil müəssisələrinin müəllimlərindən ibarət 15 məktəb komandası iştirak edib.
Bu barədə “Azərbaycan müəllimi”nə Mil-Muğan Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, 32 kənd tam orta məktəbin komandası bilik yarışının qalibi olub. Komanda İmişli rayonunu bilik yarışının region turunda təmsil etmək hüququnu qazanıb.


