Qarabağda daha 11 məktəbin fəaliyyətə başlaması planlaşdırılır
2025–2026-cı tədris ilində Ağdam, Ağdərə, Xocalı, Cəbrayıl və Kəlbəcərdə 11 ümumi təhsil müəssisəsinin fəaliyyətə başlaması planlaşdırılır.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə məlumat verib.
O bildirib ki, yeni tədris ilində azad edilmiş ərazilərdəki 14 ümumi təhsil müəssisəsində 2807 şagird təhsil alacaq.
Həmin müəssisələrdə 334 nəfər çalışır.



