Qarabağın 3 şagirdi RFO-nun qızıl medalçısı oldu

6 May, 2026 - 15:57
Qarabağın 3 şagirdi RFO-nun qızıl medalçısı oldu

Respublika fənn olimpiadalarının biologiya fənni üzrə nəticələri elan olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, Qarabağ RTİ-yə daxil olan ümumtəhsil məktəblərinin 3  şagirdi yüksək nəticə göstərərək qızıl medal qazanıb. 

Qızıl medalçılar - Emin Həsənzadə Ağdam rayonu 2 nömrəli tam orta ümumtəhsil məktəbinin, Nail Muradov Bərdə rayonu Məhəmməd Məmmədov adına Qarağacı kənd tam orta ümumtəhsil məktəbinin və Ayxan Mehdizadə Bərdə şəhəri Nəriman Nərimanov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdidir.