Qazax-Tovuz Regional Təhsil İdarəsinin yeni müdiri kimdir? – Tərcümeyi-hal

21 Aprel, 2025 - 11:40
Qazax-Tovuz Regional Təhsil İdarəsinin yeni müdiri kimdir? – Tərcümeyi-hal

Xəbər verdiyimiz kimi, elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Vüqar Dadaşov Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri təyin edilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, Vüqar Dadaşov 2001-2005-ci illərdə Bakı Dövlət Universitetində "Tarix" ixtisası üzrə bakalavr təhsili alıb.

O, 2006-2016-cu illərdə Humanitar təmayüllü "Muğan" liseyində tarix müəllimi, 2016-2020-ci illərdə Neftçala rayonu 3 nömrəli tam orta məktəbin direktoru, 2020–2022-ci illərdə Neftçala Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.

Vüqar Dadaşov 2022-2023-cü illərdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə Təhsil sektorunun müdiri, 2023-2024-cü illərdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri işləyib.

Bu təyinatadək o, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edib.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin yeni müdiri kimdir? – Tərcümeyi-hal
Qazax-Tovuz Regional Təhsil İdarəsinin yeni müdiri kimdir? – Tərcümeyi-hal