Qəbələdə Aşpaz emalatxanası istifadəyə verilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi və müasir standartlara uyğun kadr hazırlığının təmin edilməsi istiqamətində daha bir mühüm addım atılıb. Mərkəzdə yeni Aşpaz emalatxanası yaradılaraq tələbələrin istifadəsinə verilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, müasir avadanlıq və texnologiyalarla təchiz olunan emalatxana tələbələrə nəzəri biliklərini praktikada tətbiq etmək, real iş mühitinə uyğun bacarıqlar qazanmaq və peşə vərdişlərini inkişaf etdirmək imkanı yaradır.
Yeni tədris məkanının istifadəyə verilməsi gələcəyin aşpazlarının peşəkar hazırlığına, onların əmək bazarının tələblərinə uyğun mütəxəssis kimi formalaşmasına mühüm töhfə verəcək.




