Qəbələdə peşə təhsili almış 28 məzun sahibkarlıq fəaliyyətinə başlayır

26 Avqust, 2025 - 10:56
Qəbələdə peşə təhsili almış 28 məzun sahibkarlıq fəaliyyətinə başlayır
Qəbələdə peşə təhsili almış 28 məzun sahibkarlıq fəaliyyətinə başlayır
Qəbələdə peşə təhsili almış 28 məzun sahibkarlıq fəaliyyətinə başlayır
Qəbələdə peşə təhsili almış 28 məzun sahibkarlıq fəaliyyətinə başlayır
Qəbələdə peşə təhsili almış 28 məzun sahibkarlıq fəaliyyətinə başlayır

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin 28 məzunu biznes təlimlərini uğurla başa vuraraq, avadanlıqlarla təmin olunub.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu, “Gənclərin biznes emalatxanası” layihəsi çərçivəsində həyata keçirilib. Onlar un məmulatlarının istehsalı, dərzi, poliqrafiya, qadın gözəllik salonu və avtoelektrik xidmətləri üzrə fəaliyyət göstərəcəklər. 

 

Artıq məzunlardan biri un məmulatları istehsalı üzrə sahibkarlıq fəaliyyətinə başlayıb.

Xatırladaq ki, layihə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilir.

Dünən layihə çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində sahibkarlıq fəaliyyətinə başlayacaq məzunlarla görüş keçirilib. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev “Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçıları ilə görüşüb. Görüşdə layihə ilə bağlı məzunların təəssüratları dinlənilib, sahibkarlıq fəaliyyəti və gələcək planları ilə bağlı fikir mübadiləsi aparılıb. 

KOBİA nümayəndələri həmçinin, “Gənclərin biznes emalatxanası” layihəsindən yararlanmış gəncin təsis etdiyi “Gülüm” Şirniyyat Evinin fəaliyyəti ilə tanış olublar. 

Qeyd edək ki, “Gənclərin biznes emalatxanası” layihəsinə 2021-ci ildə başlanılıb. Məqsəd peşə təhsili alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinə təşviq olunması, özünüməşğulluğunun təmin edilməsi, yeni biznes təşəbbüslərinin dəstəklənməsi, peşə təhsilinə marağın artırılmasıdır. Layihə gənclərin əmək bazarına hazırlıqlı çıxışı və dayanıqlı məşğulluğunun təmin olunmasında da əhəmiyyətlidir. İndiyədək Bakı, Abşeron, Qəbələ, Ağdam, Cəlilabad, Tovuz, Kürdəmir, Ağstafa, Masallı, Gəncə və Şəmkir rayonlarından olan və peşə təhsili məktəblərində təhsil almış 65 nəfər layihə çərçivəsində müvafiq avadanlıqlarla təmin edilib.