Qəbələdə yataqxana xidmətindən yararlanan tələbələrə görüş keçirilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yataqxanasında məskunlaşan tələbələrlə mərkəz rəhbərliyinin görüşü keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, görüş zamanı mərkəzin direktoru tərəfindən tələbələrə yataqxanada yaradılan şərait, təhsil müddətində onlar üçün mövcud olan imkanlar, tədrisin təşkili və tələbə həyatının səmərəli keçirilməsi barədə məlumat verilib.
Tələbələrin asudə vaxtlarının səmərəli təşkili məsələsinə də diqqət çəkilib. Asudə vaxtlarında tələbələrin İT, idman, film saatları və müxtəlif əlavə dərnəklərdə iştirak etmələri, öz maraq və bacarıqlarını inkişaf etdirmələri tövsiyə olunub.
Daha sonra tələbələrin yataqxana şəraiti, təhsil prosesi və gündəlik tələbə həyatı ilə bağlı fikir, təklif və təşəbbüsləri dinlənilib.
Qeyd edək ki, hazırda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yataqxanasında 27 rayondan 84 tələbə məskunlaşıb.




