Qəbələdə yeni tələbələrlə məlumatlandırma görüşləri keçirilib

7 Oktyabr, 2026 - 09:53
Qəbələdə yeni tələbələrlə məlumatlandırma görüşləri keçirilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yeni qəbul olunmuş tələbələrin təhsil mühitinə daha asan uyğunlaşması, mərkəzin fəaliyyəti və təhsil prosesi barədə məlumatlandırılması məqsədilə mərhələli şəkildə görüşlər keçirilib.

"Azərbaycn müəllimi" xəbər verir ki, görüşlər zamanı tələbələrə təhsil mühitinə adaptasiya, daxili nizam-intizam qaydaları, qarşılıqlı hörmət və sağlam ünsiyyət, həmçinin bullinq və onun qarşısının alınması ilə bağlı ətraflı məlumat verilib.

Tələbələrin təhsil müddətində qarşılaşa biləcəkləri məsələlər diqqətə çatdırılıb, onları maraqlandıran suallar cavablandırılıb və təhsil həyatına dair tövsiyələr verilib.

Görüşlərin əsas məqsədi yeni tələbələrin mərkəzə və yeni təhsil mühitinə uyğunlaşmasına dəstək olmaq, onların hüquq və məsuliyyətləri barədə məlumatlılığını artırmaq, sağlam, təhlükəsiz və qarşılıqlı hörmətə əsaslanan təhsil mühitinin formalaşdırılmasına töhfə verməkdir.

Qəbələdə yeni tələbələrlə məlumatlandırma görüşləri keçirilib
Qəbələdə yeni tələbələrlə məlumatlandırma görüşləri keçirilib
Qəbələdə yeni tələbələrlə məlumatlandırma görüşləri keçirilib